XƏBƏRLƏR

"Məşədi Dadaş məscidində qürurverici bir halın şahidi oldum"

24 Sentyabr 2018 1874

"Bakıda qürurverici bir halın şahidi oldum. Belə ki, paytaxtımızda yerləşən Məşədi Dadaş məscidinin günbəzində Azərbaycanın üç rəngli bayrağı dalğalandığını gördüm. Allahın evi hesab etdiyimiz məsciddin (adıçəkilən məscid) divarlarında Azərbaycan şəhidlərinin və görkəmli ədiblərinin şəkilləri əksini tapmış löhfələr asılıb". 

 

SalamNews xəbər verir ki, bu fikirləri Azərbaycan Yazıçılar və Jurnalistər birliklərinin üzvü Anar Məcidzadə Aşura günü ilə bağlı öz təsüratlarını bölüşərkəsn bildirib.

 

A.Məcidzadə müqəddəs Qurani-Kərimdən sitat gətirərək qeyd edir: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır" (Hucurat, 13).

 

Məşədi Dadaş məscidinin günbəzində Azərbaycanın üç rəngli bayrağı dalğalanması əslində digər məscidlər üçün də nümunə sayılacaq bir addımdır. Düzdür, bəzi məscidlərimizdə şəhidlərimizin şəkilləri vurulmuş lövhələrə rast gəlinir, üçrəngli bayrağımıza isə çox nadir hallarda rast gəlinir.

 

Ölkəsini, dövlətini, xalqını sevməyən bir insan dinini necə sevə bilər? Çünki Vətən, din və millət sevgisi bötövlük təşkil edir. Bu sevgi əsl sevgidir.

 

Vətən sevigisi imandandır. Vətəni sevmək imanlı olmaq deməkdir. Vətənə xəyanət edən kəsin (şair, dindar, məmur, fəhlə - fərq etməz) ərinə xəyanət edən qadından fərqi yoxdur. Yəni Vətənə xəyanət yox, nifrət yox, ancaq Onu sevmək gərəkdir!

 

Vətən sevildikcə var olacaq
Vətən sevildikcə yaşayacaq
Vənən sevildikcə tərəqillərə nail olacaq
Vətən sevildikcə xalq da azad, firvəna və müstəqil yaşayacaq
Vətən sevildikcə düşmən məhv olacaq
Vətən sevildikcə bu torpaqlar uğrunda canından keçən şəhidlərimizin ruhu rahatlıq tapacaq

 

Sevəyin bu Vətənin hər qarışını, torpağını, daşını, günəşli yazını, qarlı qışını, hər bir vətəndaşını. Və bir də üçrəngli bayrağımızı. Çünki torpaq, yurd sənin, mənim, hamımızın anasıdır. Ananı sevmək, onun qeyrətin çəkmək isə hər kəsin müqəddəs, mənəvi borcudur.

 

hacishahin.az