Oktyabrın 14-ü paytaxtın Binəqədi rayonunda yerləşən "İrfan" məscidinin dini icması imam Hüseyn (ə) təziyəsi təşkil edib.
Məclisdə çıxış edən ilahiyyatçı hacı Şahin Həsənli əzadarlığın əhəmiyyətinə toxunub. Onun sözlərinə görə, bu hadisəyə müxtəlif aspektlərdən yanaşmaq olar. Lakin, başlıcası budur ki, başqasına ağlamaqla eqoizmdən azad olmaq irfani bir məqamdır. Əzadarlıq əsnasında hər kəs bu halı asanlıqla yaşaya bilir. Mənəviyyat yolu yalnız övliyalar üçün deyil, hər bir insan üçün təyin olunub. Eqoizmdən azad olaraq varlığından ləzzət almaq, Allaha qovuşmaq hər bir kəsin yaradılış hədəfidir. Bu baxımdan əzadarlıq müstəsna bir təsirə malikdir.
Daha sonra tanınmış Əhli-Beyt (ə) məddahı Seyid Peyman Boradigahi növhə və mərsiyə oxuyub. Məclisin sonunda xalqımızın rifahı, ordumuzun qüdrəti və şəhidlərimizin ruhu üçün dualar edilib.
hacishahin.az