XƏBƏRLƏR

Qazilər Birliyinin sədri Etimad Əsədov vəfat edib

18 Oktyabr 2018 1649

Oktyabrın 16-sı səhər saatlarında Qarabağ Qazilər Birliyinin sədri, 1-ci qrup Qarabağ qazisi Etimad Əsədov vəfat edib. Oktyabrın 18-i mərhum qazinin üç mərasiminə qatılan ilahiyyatçı-alim Hacı Şahin Həsənli başsağlığı verərək şəhidlik və vətənpərvərlik mövzusunda çıxış edib.

 

Qeyd edək ki,  E.Əsədov bir neçə müddət idi ki, ağciyər xərçəngindən əziyyət çəkirdi. 

 

1963 - cü il təvəllüdlü E. Əsədov Ağdam rayonunun Paprəvənd kəndində anadan olub. 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə ağır yaralanıb. Bir ayağını itirib. 1993-cü ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2002-ci ildən isə “Qarabağ qaziləri” ictimai birliyinin sədri idi.

 

hacishain.az