“Bu xurafat xarakterli bir məsələsdir və bunun dinə bağlanması yalnışdır”
Bunu Moderator.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli Şabran rayon sakini Murad Soltanovu altı nəfərin cinçıxarma adı altında döyüb öldürməsinə münasibət bildirərkən deyib. Hacı Şahin Həsənli bildirib ki, dinimizdə cinçıxarma kimi bir anlayış yoxdur:
“Bu hadisənin dinimizlə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, bu xurafat xarakterli bir məsələsdir və bunun dinə bağlanması yalnışdır. İnsanlar xəstələnərkən və ya narahatçılıqları olan zaman həkimlərə müraciət etməlidirlər. Bu eyni zamanda insanın ilahi vəzifəsidir. Sadəcə olaraq hər bir insan hansısa bir problemlə qarşılaşanda, onu həll etməyə çalışmaqla yanaşı, dua da edir. Xəstə insanın dua etməsi o demək deyil ki, o, həkimə müraciət etməməlidir.
Cin çıxarmaq və cindarlıq kimi əməllər xurafatdır, insanların inancından sui-istifadədir və cahillik əlamətidir. Bundan insanlarımız imtina etməlidir. İnsanlar maariflənməlidir ki, bu kimi hallarda “cinçıxaranlar”a və cindarlara müraciət etməsinlər. İslam dinində cinçıxarma kimi bir anlayış yoxdur”.
hacishahin.az