Bu gün ilahiyyatçı Hacı Şahin Həsənli əziz peyğəmbərimizin (s) mövlud tədbirində iştirak etmək üçün Neftçala rayonuna səfər edib.
Tədbir rayonun Sahibəzzaman (ə) məscidinin dini icması tərəfindən keçirilib. Məscidin imamı, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Mirseymur Əliyev Hacı Şahin Həsənlini qarşılayaraq əvvəlcə şəhidlər xiyabanında neftçalalı şəhidlərimizi yad ediblər. Daha sonra din xadimləri rayonda fəaiyyət göstərən mədrəsəyə gedib, tələbələrlə görüşüblər.
Axşam namazından sonra məsciddə bayram tədbiri başlayıb. İlahiyatçı Hacı Şahin Həsənli rayon dindarları qarşısında xütbə ilə çıxış edib. Daha sonra bayram ilahiləri ifa olunub. Tədbirin sonunda isə iştirakçılar qonaqla görüşüblər.
hacishahin.az