Noyabrın 25-i paytaxtın Məşədi Dadaş məscidində əziz İslam peyğəmbəri həzrət Məhəmmədin (s) mövlud gecəsi keçirilib.
Tədbir tanınmış Quran qarisi Hacı Ruslan Qasımovun müqəddəs ayələrin tilavəti ilə başlayıb. Daha sonra Allah elçisinin (s) dünyaya gəlməsi ilə bağlı video çarx nümayiş olunub.
Qonaqları salamlayan məscidin imamı ilahiyyatçı Hacı Şahin Həsənli açılış nitqi ilə çıxış edib. Peyğəmbərin (s) yaradılış aləmindəki yeri haqda söz açan Ş. Həsənli qonaqları təqdim edərək onlara öz təşəkkürünü bildirib.
İlahiyyatçının ardınca isə, "Quran sevərlər" cəmiyyətinin üzvləri Əlizaman Əliyev, Müslüm Qurbanov və Kamal Qəhrəmanov təvaşih ifa ediblər.
Daha sonra Qaraçuxur məscidinin imamı Hacı Qurban Əliyev çıxış edib. İlahiyyatçı peyğəmbər əxlaqı haqda geniş söz açaraq müsəlmanlar arasında birlik və qardaşlığın zəruriliyini vurğulayıb.
Peyğəmbərin (s) mövludu ilə bağlı öz təbrik sözlərini demək üçün tədbirə qatılan Azərbaycan xalq artisti Alim Qasımov öz ifası ilə qonaqların ruhunu oxşayıb.
Daha sonra fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub Peyğəmbər (s) timsalında insanlıq nümunəsi barədə geniş söz açıb.
Təbrik üçün tədbirə qatılan əməkdar artist Elnur Zeynalov öz ifası ilə təbirə xüsusi rəng qatıb.
Peyğəmbər (s) şəxsiyyətinin mühüm cəhətərinə toxunan Xırdalan Cümə məscdinin imamı Axund Azər Sani çıxışını öz qəzəlləri ilə tamamlayıb.
Daha sonra Əhlibeyt (ə) məddahı Hacı Tərlan Məmmədov qəsidə oxuyub.
Azərbaycan Yazıçılar Birliyinin üzvləri İlqar Fəhmi və Arif Buzovnalı qələmə aldıqları şerləri oxuduqdan sonra xanəndələr Hüseyn Məlikov və Babək Şuşalı öz ifaları ilə tədbiri bitiriblər.
hacishahin.az
VİDEO
FOTO