XƏBƏRLƏR

Qəbirləri deyil, mərhumun ruhunu düşənmək gərəkdir

08 Dekabr 2018 1189
“Qəbiristanlıq insana axirəti xatırlatmalıdır, amma bəzən biz qəbiristanlığa gedəndə bir-biri ilə rəqabət aparan bahalı mərmər daşlarının şahidi oluruq”
 
 
Bunu Moderator.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli deyib:
 
 
“Ümumiyyətlə, İslam dinində bir insan dünyasını dəyişdikdə ona meyit qüsulu verilməlidir, kəfənlənməlidir və o, dəfn edilməlidir. Dəfnin də xüsusi qaydaları şəriət kitablarında çox geniş şəkildə qeyd olunub. Amma ümumi olaraq belə bir göstəriş var ki, insan bu kimi ayinləri icra edərkən israfçılığa yol verməməlidir. Məzar daşları təmtəraqlı olmamalı və şöhrət vasitəsinə çevirilməməlidir. Qəbiristanlıq insana axirəti xatırlatmalıdır, amma bəzən biz qəbiristanlığa gedəndə bir-biri ilə rəqabət aparan bahalı mərmər daşlarının şahidi oluruq. Bir çox hallarda insanlar buvasitələrlə özlərini cəmiyyətdə təsdiq etməyə çalışırlar. Ona görə də dinimiz bu kimi hallarda sadə məzar daşlarının olmasına önəm verir və bu da bərabərliyə çağırışı tövsiyyə edir. Bu ənənə həm müsəlman, həm də Avropa ölkələrində də var. İslam dininə əsasən məzar daşı sadə olmalıdır və insanlar bir-biri ilə buna görə rəqabət aparmamalıdır. “Quran-Kərim” buyurur ki, israf edənlər şeytana qulluq edən insanlardır. Bunları dəfələrlə Qafqaz Müsəlmanları İdarəsi öz tövsiyələrində qeyd edib və bu gün onun inzibati yollarla tənzimlənməsi tam normaldır. Bahalı məzar daşlarına xərcələnən pullar xeyriyyə işlərinə sərf olunub mərhum insanların ruhuna hədiyyə oluna bilər”. 
 
 
hacishahin.az