XƏBƏRLƏR

"Şəhid Mübariz fədakarlıq ruhiyyəsini diriltdi"

20 Dekabr 2018 1283

“Mübariz İbrahimov Azərbaycanımızın tarixində özünəməxsus bir yeri olan şəhidlərimizdəndir, çünki o, atəşkəs dövründə fədakarlıq əhval-ruhiyyəsinin yenidən gənclər  arasında yaramasına xidmət etdi”

 

Bunu Moderator.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidini axundu Hacı Şahin Həsənli deyib. Hacı Şahin bildirib ki, Qurani-Kərimdə şəhidlik ən uca zirvə sayılır:

 

“Şəhidlik məlum olduğu kimi insan üçün ən uca zirvədir.Qurani-Kərimdə “şəhidi ölü sanmayın” və yaxud “şəhidlərə ölü deməyin” deyə ayələr var. Peyğəmbərimiz (s) tərəfindən nəql olunan hədislərdə qeyd olunur ki, insanların çata biləcəyi zirvə müxtəlifdir və onların içində ən ucası şəhidlikdir. Şəhid ona görə əziz və dəyərlidir ki, bütün varlığını mənsub olduğu millətə fəda edir”. 

 

Hacı Şahin Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında səsləndirilən qalmaqallı fikirlərə də münüasibət bildirib:

 

“Bizim əziz şəhidlərimizdən biri də Milli Qəhrəmanımız Mübariz İbrahimovdur. O, Azərbaycanımızın tarixində özünəməxsus bir yeri olan şəhidlərimizdəndir. Çünki o, atəşkəs dövründə fədakarlıq əhval-ruhiyyəsinin yenidən gənclər arasında yaramasına xidmət etdi. Ona görə də onun haqqında səsləndirilən fikirlər düşünürəm ki, kökündən yalnışdır. Əli silahlı bir düşmən Azərbaycan torpağını işğal edibsə, onu dinc insan kimi təqdim etmək tamamilə yalnış yanaşmadır. O torpaqlar Azərbaycan torpağıdır və erməni əsgəri əlində silah bizim torpaqlarımızı işğal edibsə, biz deyə bilmərik "o əsgərin nə günahı var?" Ümumiyyətlə, sülh çağırışları hər zaman dəstəklənir, amma bu çağırış ədalətli olduğu halda bəyənilə bilər. Torpaqlarımız işğal olunduğu bir haldaə hər hansı bir Azərbaycan əsgəri bu yolda şəhid olursa, onu qınamaq, yalnış fikirlər səsləndirmək məncə xalqın dəyərlərinə qarşı təhdiddir”.

 

hacishahin.az