İlahiyyatçı-alim hacı Şahin Həsənli Novruz bayramı münasibətilə sosial şəbəkələrdəki rəsmi səhifələrində təbrik paylaşıb. Təbrikdə deyilir:
"Əziz dostlar! Hər birinizi Novruz bayramı münasibətilə təbrik edirəm! Qədim köklərə dayanan və xalqımızın milli bayramı olan Novruz təbiiliyi, diriliyi, yeniliyi və yenilənməni tərənnüm edir. Allahdan bütün bunları bizə nəsib etməsini, habelə həm mənəvi, həm maddi həyatımızın daim çiçəklənməsini diləyirəm. Bayramınız mübarək!"
Qeyd edək ki, son cümə xütbəsində hacı Şahin Həsənli Novruz bayramı barədə söhbət açmışdı.
hacishahin.az