XƏBƏRLƏR

”Narkomaniyaya yox" kampaniyası davam edir

21 Dekabr 2018 961

Dekabrın 21-i ilahiyyatçı Hacı Şahin Həsənli "Narkomaniyaya yox deyək" kampaniyası çərçivəsində növbəti tədbirə qatılıb. Xatırladaq ki, kampaniya Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi Rayon Polis İdarəsinin təşkilatçılığı ilə keçirilir. Bu dəfəki tədbir 8 sayli məktəbdə baş tutub. 

 

NRİH-nin saytında yayılan məlumata görə,  kampaniya əsasən 8-11-ci sinif şagirdlərinə hesablanıb.

 

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Anar Tağıyev, Nəsimi rayon Polis İdarəsi rəisi polis polkovniki Musa Musayev, Nəsimi rayon Polis İdarəsinin rəis köməkçisi, polis polkovniki, leytenant Vüsal Rüstəmov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim mütəxəssisi Lətafət Dadaşova, psixoloq Ülkər Hüseynova, Qarabağ qazisi Azər Quliyev və məktəbin direktoru Aytən Baxşıyeva iştirak ediblər.

 

Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından söz açılıb, diskussiyalar aparılıb.       

 

Sonda narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olunub, şagirdlərin rəsm və əl işlərindən  ibarət sərgi təşkil olunub.



hacishahin.az