Dekabrın 27-si Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının və səlahiyyətli nümayəndələrinin birgə toplantısı keçirilib.
Toplantıda Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmiləri də iştirak edib.
Tədbiri QMİ sədrinin birinci müavini Müfti Salman Musayev açıb. Müfti başa çatan il ərzində görulən işlər, o cümlədən beynəlxalq tədbirlər, moizə tövsiyələri, vahid təqvim və icmalara kompüterlərin paylanması haqda geniş məlumat verib.
DQİDK-in sədr müavini Gündüz İsmayılov və Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovun da çıxış etdiyi tədbirdə dövlət-din münasibətləri ilə yanaşı gündəmdə olan bir sıra məsələr müzakirə olunub. Xüsusi olaraq erkən nikahların qarşını almağın və qızların təhsilə təşfiq olunmasının zəruriliyi vurğulanıb.
Qeyd edək ki, QMİ-nin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli də toplantıda iştirak edib.
hacishahin.az