XƏBƏRLƏR

Meyyit yarılması ilə bağlı problemlər necə həll olunmalıdır?

11 Yanvar 2019 949

Ölüm haqdır və vaxtı gələndə öz haqqını tələb edir, deyirlər. Lakin elə ölümlər var ki, onun səbəbi bilinmədiyi üçün adını müəmmalı ölüm qoyur və nədən baş verdiyini aydınlaşdırmağa çalışırıq. Bunun üçün həm qanuni, həm də tibbi yol meyitin yarılmasıdır. Meyitin yarılması prosesi cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmır desək yanılmarıq.

 

Sia.az saytı bu mövzuda apardığı araşdırma zamanı ilahiyyatçı-alim Hacı Şahin Həsənliyə müraciət edib. Məsələnin dini baxımdan izah edən ilahiyyatçı söyləyib ki, əgər ekspertizanın aparılması zəruridirsə o zaman dinimiz qadının meyitinə kişi tərəfindən baxılmasına icazə verir.

 

Onun sözlərinə görə, bu təkcə dünyadan köçən insanların meyit müayinəsi ilə bağlı deyil, eləcə də xəstə müayinəsi ilə bağlıdır: “Başqa ekspert yoxdursa və onun əks cinsin nümayəndəsi tərəfindən baxılması mütləqdirsə, o zaman bu dini nöqteyi-nəzərdən məqbuldur və İslam dini bunu qadağan etmir. Yox əgər xanım eksperti varsa, o zaman əlbəttə qadın meyitinə qadının baxması daha yaxşı olar”.


İlahiyyatçı qeyd edib ki, ümumiyyətlə, bütün dünyada tibbi ekspertiza sahəsində çalışanların əksəriyyətini kişilər təşkil edir: “Məncə bu qadınlarımızın zərif təbiəti ilə bağlı məsələdir. Adətən qadınlarımız bu kimi işlərdən çəkinir və özlərinə uyğun hesab etmirlər. Dinimiz də qadınlarımızın bu sahə ilə məşğul olmasına heç bir qadağa qoymur”.

 

hacishahin.az