"Övlad Allahın bəxş etdiyi bir nemətdir, istər qız övladı olsun, istər oğlan. Hədislərə əsasən, qız övladı oğlanlardan üstün hesab olunur. Peyğəmbərimiz (s) buyurur ki, oğul nemətdirsə, qız - rəhmət. Rəhmət nemətdən üstündür. Çünki, hər bir şeyi nemət adlandırmaq olar, rəhmət isə Allahın xüsusi hədiyyəsinə deyilər. Uşaqların cinsiyyətinə görə bu əmələ (aborta - red.) əl atmaq vəhşilikdir. Müasir dönmdə bu mövzular gündəmdən çıxmalıdır".
Bu sözləri Report-un selektiv abortlar haqda reportajı üçün müsahibəsində ilahiyyatçı Hacı Şahin Həsənli söyləyib. Onun sözlərinə görə, qız uşaqlarının valideyinlərinə daha bağlı olmasını həyat təcrübəsi göstərir:
"Qız olan evdə valideyinlərin xüsusi sevinci olur. Onların davranışı oğlanlardan müsbət mənada fərqlənir. Hədislərimizdə qeyd olunur ki, üç qız tərbiyə edən valideyinə Cənnət vacib olur."
Reportajın videoyazısını oxucularımıza təqdim edirik:
hacishahin.az