Bu gün Məşədi Dadaş məscidinin icması 20 yanvar hadisələrinin ildönümü ilə bağlı Şəhidlər xiyabanını ənənəvi olaraq ziyarət edib.
Qeyd edək ki, sabah Azərbaycan xalqının azadlıq mücadiləsi tarixinin ən qanlı səhifəsi olan qanlı yanvar hadisələrinin ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 147 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.
Milli matəm günü ilə bağlı Məşədi Dadaş məscidində yanvarın 20-si saat 13:00-da şəhidlərin anım mərasimi keçiriləcək.
hacishahin.az