"Bu gün şəhidlik gündür, xalqımızın yoluna daim işıq salan şəhidlik günü".
Bu sözleri 20 yanvar hadisələrinin ildönümü ilə əlaqədar ilahiyyatçı Hacı Şahin Həsənli rəsmi Facebook səhifəsində yazıb.
İlahiyyatçı davam edib: "Vətənimizin bütövlüyü və azadlığı uğrunda canından keçən hər bir şəhidimizin günüdür.
Kimliyimizi qanı ilə qoruyan əziz şəhidlərimizə hər zaman borclu qalacayıq, onların sayəsində var olacayıq.
Allah yolumuzu onların yolundan ayırmasın!"
hacishahin.az