XƏBƏRLƏR

Nəsimi RİH-də ilin yekunları müzakirə olunub

02 Fevral 2019 1436

 

Fevralın 2-si Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirilib. Rayonun 2018-ci ildə sosial-iqtisadi inkişafına yekunlarına həsr edilmiş iclasda ilahiyyatçı Hacı Şahin Həsənli də iştirak edib. Toplantıda sosial-iqtisadi inkişafının yekunları ilə yanaşı qarşıda duran vəzifələr haqda müzakirələr aparılıb, yeni ilin başlıca hədəflərini əhatə edən qərar qəbul edilib.

 

Tədbiri  giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov rayonda aparılan işlər və icra olunan layihələr haqda geniş məlumat verib. Daha sonra iştirakçılara videohesabat təqdim olunub.

 

Daha sonra hesabata şərh verən Asif Əsgərov rayon üzrə iqtisadiyyatın mövcud olan artım dinamikasının saxlanıldığını bildirib. Habelə qeyd olunub ki, mənzil-məişət, şəhərsalma, mədəniyyət və təhsil sahəsində ardıcıl tədbirlər görülüb. Rayonun ictimaiyyət nümayəndələri çıxış etdikdən sonra müzakirələr aparılıb.

 

hacishahin.az