Fevralın 1-i Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilin yekunlarına dair iclas keçirib. Avropa hotelində keçirilən tədbirdə Nəsimi rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib. İclasda 2018-ci ilin yekunları ilə yanaşı bu il üçün konkret tədbirlər müəyyənləşdirilib.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əziz Zeynalov abadlıq, quruculuq və yenidənqurma işləri haqda məruzə ilə çıxış edib. Belə ki, vətəndaşların müraciətləri əsasında qeyd olunan ərazidə asfalt örtüyü vurulub, tamet daşları döşənib, yaşıllaşdırma işləri aparılıb, kommunal xidmətlər sahəsi təkmilləşdirilib, köhnə ictimai obyektlər təmir olunub və ya yenidən tikilib.
Daha sonra Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov çıxış edərək son ildə rayonda görülən işlər haqda çıxış edib. Hesabat yığıncağında 164 saylı məktəbin müəllimi Həcər Bəşirova, "Fədək" MTK-nın sədri Yavər Qurbanov, “Nəsimi-7” MMC-nin idarə heyətinin sədri Fərid Ağayev, rayon sakini Cəmalə İbrahimova, şəhid anası Lətifə Novruzova və başqaları çıxış ediblər. Yığıncağın sonunda sakinləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, ilahiyyatçı-alim Hacı Şahin Həsənli də tədbirdə iştirak edib.
hacishahin.az