XƏBƏRLƏR

"Məşədi Dadaş"da xanım Fatimənin (s) anım mərasimləri (FOTO və VİDEO)

08 Fevral 2019 1309

Bu il İslam Peyğəmbərinin (s)  əziz qızı həzrət Fatimənin (s) şəhadət günü fevral ayının 9-una təsadüf edir. Ölkəmizin bütün məscidlərində olduğu kimi Məşədi Dadaş məscidində də xanım Fatimənin (s) anım mərasimləri keçirilir. Bu mərasimlər adətən üç gün keçirildiyi üçün "Əyyami-Fatimiyyə", yəni "Fatimə günləri" adlandırılır.

 

Məşədi Dadaş məscidində ilk məclis fevralın 7-si axşam saat 20:00-da başlayıb. Məclis tanınmış qari Hacı Ruslan Qasımovun müqəddəs Qurani-Kərimi tilavət etməsi ilə başlayıb. Daha sonra məscidin imamı ilahiyyatçı Hacı Şahin Həsənli İslamda azadlıq və azad seçim mövzusunda xütbə ilə çıxış edib. İlahiyyatçı İslam məfkurəsində az yer ayrılan və yanlış stereotiplərin formalaşmasına səbəb olan bu mövzunu xanım Fatimənin (s) ictimai fəaliyyəti müstəvisində açıqlayıb. Tədbir Əhli-Beyt (s) məddahı Seyid Peyman Əsədovun növhə və mərsiyə oxuması ilə tamamlanıb.

 

 Xatırladaq ki, üç gün ərzində anım mərasimləri eyni proqram üzrə davam edəcək.

 

hacishahin.az

 

VİDEO 



 

 FOTO