21 fevral tarixindən etibarən "Haqqın dərgahı" verilişi ilahiyyatçı Hacı Şahin Həsənlinin təqdimatında buraxılacaq. Xatıraladaq ki, veriliş hər cümə axşamı saat 18:45-də "Mədəniyyət" kanalında yayımlanır.
Cəmiyyət üçün aktual və maraqlı olan dini mövzulara toxunulan proqram artıq yeni formatda çəkiləcək. 15 dəqiqəlik verilişdə ilahiyyatçı Hacı Şahin Həsənli ara-sıra müxtəlif qonaqlarla müzakirələr də aparacaq.
İnternet üzərindən canlı yayımı burada, videoyazını isə YouTube kanalında izləmək olar.
Qeyd edək ki, proqramın müəllifi Teymur Arifoğlu, rejissoru isə Sevda Abdullayevadır.
hacishahin.az