XƏBƏRLƏR

"Fatimeyi-Zəhra (s) - yoldur, məktəbdir" - bayram təbriki

25 Fevral 2019 1294

İlahiyyatçı Hacı Şahin Həsənli həzrət Fatimənin (s) mövludu münasibətilə öz rəsmi Facebook səhifəsində təbrik paylaşıb: 

 

"Xanımlar xanımı, həzrət Fatimeyi-Zəhranın (s) mövlud günü hər birinizə mübarək olsun!

 

Fatimə əzab-əziyyətdən qoparan deməkdir. Xoşbəxtliyə qovuşdurmaq üçün sevginin gücü ilə əzab-əziyyətdən qoparan.

 

Zəhra nur saçan, işıqlandıran deməkdir. İlahi eşqdən doğan, varlıq aləmini işıqlandıran və qəlbləri aydınladan parlaq nur.

 

Dünyamızın ehtiyac duyduğu hər bir şey bu iki adda gizlənib.

 

Odur ki, Fatimeyi-Zəhra (s) - yoldur, məktəbdir. Bəşəriyyəti nicata aparan, özünə qaytaran yol.

 

Bu yolun yolçusu olmaq arzusu ilə bir daha hamınızı, xüsusilə xanımları təbrik edirəm.

 

Bayramınız mübarək!"

 

 

hacishahi.az