XƏBƏRLƏR

"Xocalı - insanlıq faciəsidir"

26 Fevral 2019 786

"Xocalı soyqırımı... Biz hər zaman insan təkamülünün sonsuzluğundan danışırıq, lakin unutmamalıyıq ki, tənəzzül də sonsuz bir yoldur. İnsan insanlığını unutduqda necə cinayətlər törədə bilərmiş!"

 

Bu sözləri ilahiyyatçı hacı Şahin Həsənli sosial şəbəkələrdəki rəsmi səhifəsində Xocalı soyqırımı haqda yazıb.

 

Haqlığını sübut etmək üçün tarix uydurmağın mümkünlüyünü yazan ilahiyyatçı sual verir: "Bəs insanlığa qarşı bu cinayətə necə bəraət qazandırmaq olar? Hansı amal, hansı əxlaq, hansı məntiq bu faciəsini əsaslandıra bilər?"

 

Xocalı soyqırımını yalnız Azərbaycanın deyil, bəşəriyyətin faciəsi adlandıran Ş. Həsənli qeyd edir: "Bütün faciələr kimi, Xocalı da kimlərisə insanlığına qaytarır, kimlərisə insanlıqdan daha da uzaqlaşdırır. İnsan haqlarının kimin üçün həyati prinsip, kimin üçün isə siyasi şüar olduğunu ortaya qoyur".  

 

İlahiyyatçı yazısını Xocalı qurbanları üçün dua ilə bitirir: "Allah insanlığı qorumaq üçün canlarını fəda etmiş əziz şəhidlərimizə rəhmət eləsin!"

 

 

hacishahin.az