Hacı Şahin Həsənli İstanbulda Cəm Fondunu ziyarət etdi
İstanbula səfəri çərçivəsində hacı Şahin Həsənli CABİR-in sədri şeyx Həsən Karabulut və baş katibi Musa Azaytəkinlə birlikdə Türkiyə ələvilər icmasına məxsus Cəm Fondunu (Cem Vakfı) ziyarət etdi. Ələvi İslam İnanc Xidmətlərinin başqanı Əşrəf Doğan dədə ələvi icmasının tarixi və fəaliyyəti barədə geniş söz açdı. Hacı Şahin Həsənli ortaq dəyərlərin önə çəkilməsinin zəruriliyi və təkfirçi düşüncənin ziyanı barədə söz açdı. Qeyd olundu ki, bugün dünya İmam Hüseyn (ə) mesajına ən çox ehtiyac duyduğu dövrünü yaşayır. Gələcək əməkdaşlıq barədə müzakirələrdən sonra Cəm Fonduna Azərbaycandan xatirə olaraq Bibi Heybət məscidinin neftlə çəkilmiş rəsmi hədiyyə olundu.
hacishahin.az