"Terrorizmin dini və milliyəti yoxdur, lakin onu ərsəyə gətirən dəyərlər sistemi var. Yeni Zelandiyada baş vermiş terror hadisəsi bir daha bunu sübut etdi".
Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli Yeni Zelandiyada baş vermiş terror hadisəsilə bağlı öz rəsmi Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, eqosentrik həyat tərzi ilə dözümlülük və multikulturalizm bir araya sığmır.
"Sığa da bilməz, çünki özünü düşünənlər üçün başqasının həyatı belə dəyərsizdir. "Dünya birliyi" nin terror aktına qeyri- adekvat reaksiyası da bunun nəticəsidir. Terrorun qaynağı və hədəfi nə olursa olsun, o lənətlənməlidir. Kraystçörç qurbanlarına Allahdan rəhmət diləyi ilə," - ilahiyyatçı sözlərini tamamlayıb.
Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçörç şəhərində yerləşən iki məscidə və şəhər xəstəxanasına silahlı hücum olub. Ultrasağçıların hücümü nəticəsində 49 nəfər həyatını itirib.
hacishahin.az