“Həzrət Əlinin (ə) mövlud gecəsi daxil oldu. Ədalət və azadlığın dəyərini birlməyən bir cəmiyyətdə ədalət və azadlıq məktəbi yaradan Əlinin (ə) mövludu”.
Bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli Həzrət Əlinin (ə) möcludu münasibətilə paylaşdığı təbrikdə yazıb.
“O, ən əziz və qiymətli silahdaşlarını əldən verib bütöv dünya ilə üz-üzə qaldı. O, insanlığa olan sevgisi ilə silahlanıb insanlıq üçün savaş meydanına tək girdi. Nə qınayanların qınağı, nə istehza edənlərin istehzası, nə də anlamayanların anlamaması onu qorxutmadı. Əli (ə) məktəb yaratmalı və bu məktəbi xoşbəxtlik axtarışında olan bəşəriyyətə miras qoymalı idi”, - deyə iıahiyyatçı yazıb.
Onun sözlərinə görə, əsrlər ötdükcə, nəsillər dəyişdikcə insanlıq Əlinin (ə) daha yaxşı anlamağa başladı:
“O, sadəcə tarixi bir şəxsiyyət deyil, ilahi dəyərlərin mücəssiməsi və insanlıq aşiqlərinin ilham mənbəyidir. Öz zəmanəsində onu anlayan olmadı. Qoruduğu kəslər ona hücum etdi, sevdikləri kəslər ona qəzəbləndi, fədakarlıq etdiyi kəslər onu yalnız qoydu. Bu gün isə bəşəriyyət onun kimi bir sərvərə ehtiyaclı olduğunu anlayır. Özünə tabe etmək üçün deyil, hər kəsin azad yaşaması üçün canını qurban verən bir sərvərə”.
“Bu gün Əlinin (ə) mövlududur. Bu münasibətlə hər birinizi təbrik edir, Əli (ə) tək yaşamağı arzu edirəm.
Bayramınız mübarək!”, - bu sözlərlə ilahiyyatçı hər kəsin bayramını təbrik edib.
hacishahin.az