İlahiyyatçı Hacı Şahin Həsənli rəsmi Facebook səhifəsində Novruz təbriki paylaşıb:
“Novruz gəldi. Artıq təbiət soyuqluq və qaranlığını təzə ilin astanasında qoyub isti və işıqlı cilvəsinə girir. Bahar gəlir və özü ilə bolluq, bərəkət, yenilik və təravət gətirir”.
Daha sonra ilahiyyatçı Allahdan diləyib ki, ətrafımızı bahara bürüdüyü kimi, daxilimizi və həyatımızı bir bahara çevirsin:
“İnsanlıq baharının tezliklə gələcəyi arzusu ilə bayramınızı təbrik edirəm. Bayramınız mübarək!”
hacishahin.az