XƏBƏRLƏR

Aprel döyüşlərinin ildönümü qeyd olundu

05 Aprel 2019 1176

Aprelin 5-i “E Media Group” və “NT Group” şirkətlərinin təşkilatçılığı ilə aprel döyüşlərinin ildönümü keçirilib. “Zəfər anı” adlı tədbir paytaxtın Dubai İntenational hotelində təşkil olunub. 

 

Ölkə ictimaiyyətinin, o cümlədən qazilər, şəhid ailələri, millət vəkilləri, mədəniyyət xadimləri və diplomatik korpus nümayəndərinin qatıldığı tədbirdə aprel döyüşləri haqda video çarx təqdim olunub. 

 

Tədbirdə millət vəkilləri Aydın Mirzəzadə, Eldəniz Səlimov, xalq artisti Afaq Bəşirqızı və ilahiyyatçı Hacı Şahin Həsənli aprel qələbəsinin əhəmiyyəti və şəhidlik məktəbi haqda çıxış ediblər. 

  

Sonda qazilərə çıxış üçün söz verilib və  simvolik mükafatlar təqdim olunub. Şəhid dostları haqda və öz döyüş xatirələri ilə bölüşən qazilər bir daha Vətənin bütövlüyü uğrunda savaşmağa hazır olduqlarını bildiriblər.

 

Tədbirin sonunda tanınmış incəsənət xadimlərinin ifasında vətənpərvər musiqilər səsləndirilib. 

 

 

hacishahin.az