XƏBƏRLƏR

Hacı Şahin Həsənlinin İslam tarixi dərsləri

13 Aprel 2019 1486

Aprelin 1-dən etibarən Hacı Şahin Həsənlinin Youtube kanalında onun tədris etdiyi İslam tarixi dərslərini izləmək mümkündür.

 

2017-2018-ci illərdə Məşədi Dadaş məscidində keçirilən dərslərin özəlliyi tarix tədrisinə yanaşma ilə bağlıdır. Tarixə müxtəlif yanaşmalar mövcuddur. Bəziləri hadisələrin xronologiyasını, bəziləri sosioloji qanunauğunluqları, bəziləri isə tarixin fəlsəfəsini müəyyən etmək üçün onu təhqiq edib. Dünya tarixinin bir tərkib hissəsi olaraq İslam tarixi də istisna deyil. Hacı Şahin Həsənlinin "İslam tarixi" dərslərinin özəlliyi ondadır ki, burada İslam dininin yarandığı ilk dövrün hadisələri xronoloji ardıcıllıqla araşdırılmır. Bu dərslərdə ilk müsəlman cəmiyyətinin formalaşmasının qanunauyğunluqları, Peyğəmbərimizin (s) rəhbər tutduğu prinsiplər, müxtəlif hadisələri doğuran sosioloji səbəblər mənəviyyat prizmasından araşdırlır.

 

Dərsi izləmək istəyənlər buraya daxil ola bilərlər.

 

 

hacishahin.az