Aprelin 14-ü Məşədi Dadaş məscidinin dini icması və “Mesenat” Xeyriyyə Cəmiyyəti birgə ağacəkmə aksiyası keçirib.
Aksiya paytaxtın Binəqədi qəsəbəsində yerləşən Şəhid Emin Bağırov küçəsinin ətrafındakı boş ərazilərdə təşkil olunub. Aksiyada Məşədi Dadaş məscidinin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli, yerli bələdiyyə sədri Aytac Əliyeva və Binəqədi RİH nümayəndələri iştirak ediblər.
Hacı Şahin Həsənlinin sözlərinə görə, Məşədi Dadaş məscidinin dini icması mütəmadi olaraq bu səpkidə ictimai aksiyalar təşkil edir. Belə təşəbbüslərin əsas hədəfi gənclər arasında ətraf mühitin qorunması məsuliyyətini aşılamaq və ictimai faydalı fəaliyyətə rəğbət yaratmaqdır.
hacishahin.az