XƏBƏRLƏR

“Bu, insanlığa inam bayramıdır”

20 Aprel 2019 995

İlahiyyatçı Hacı Şahin Həsənli Şaban ayının 15-i münasibətilə təbrik paylaşıb:

 

“...Yer üzünə mənim əməlisaleh bəndələrim varis olacaq (21:105)

 

Şabanın 15-i. Gecəni oyaq qaldıqdan sonra səhəri bayram keçirmək. Gecəni keçmişin təhlili (tövbə) ilə keçirib səhəri qızıl gələcəyə ümidlə açmaq. Bu, insanlığa inam bayramıdır. Məhz insanlığa inam... 

 

  

Bütün nizamları, amalları, normaları ilə müasir dünyanı yaradan, insanı əvvəlcə eqoizm sonra isə qanun qəfəsinə salan inamsızlıq yox... Tam başqa bir reallıq vəd edən bir inam...

 

 

Bayram səhərinin tezliyi, bayram gecəsindəki oyaqlıq, özünütanıma və birlikdən asılıdır.

 

 

Bayramınız mübarək!”


Qeyd edək ki, şaban ayının 15-ci gecəsi mənəvi təmizlənmə üçün ən münasib gecə, 15-ci günü isə həzrət Mehdinin (ə) mövlud günüdür.

 

 

 

hacishahin.az