Bu günlərdə "Ədalət" qəzetinə müsahibə verən Elşən Soltanzadə dini mövzularda bəzi fikirlər səsləndirib.
"Ədalət” qəzeti bu məsələ il bağlı Hacı Şahin Həsənlidən açlıqama alıb:
"Dinin mənimsənilməsi üçün bir neçə mənbə var ki, bunlardan ən qəbul olunanları ana mənbə olan Qurani-Kərim və orada toxunulan məsələləri izah edən Peyğəmbər (s) hədisləridir. Quran ilə hədisləri uzlaşdırdıqda dini hökmlərlə bağlı müəyyən nəticələrə gəlmək olur. Yəni, Qurani-Kərimdə məsələlərə ümumi toxunulur, hədislər isə onları şərh edir. Məsələn, Quranda deyilir ki, namaz qılın, amma namazın necə qılınmalı olduğunu bizə Peyğəmbərimiz (s) izah edi. Quranda deyilir ki, Həcc ziyarəti edin, amma ziyarətin necə edilməli olduğunu bizə Peyğəmbər (s) öyrədir. Sadəcə bir məsələyə diqqət etmək lazımdır, bəzi dini rəvayətlər var ki, onlar səhih olmadıqları üçün mötəbər sayılmır.Təəssüflər olsun ki, bu rəvayətlər insanlar arasında geniş yayılıb və onları hədis sayırlar, halbuki onların hədis olması şübhə altındadır. Hədislərin səhih olub-olmamasını isə rical elmi ilə məşğul olan alimlər təyin edə bilir".
hacishahin.az