XƏBƏRLƏR

Hacı Şahin Həsənli tanınmış islamşünasla görüşüb

03 May 2019 1358

Mayın 1-i tanınmış avropalı islamşünas Eqdunas Raçyus ilahiyyatçı Hacı Şahin Həsənli ilə görüşüb.


Qeyd edək ki, E. Raçyus Böyük Vitautus Universitetinin (Litva) Yaxın Şərq və İslam üzrə professoru, "Müsəlmanlar Avropada" jurnalının resenzent-redaktoru və eyniadlı illik məcmuənin redaktorudur. Onun "Şərqi Avropa müsəlmanları" adlı kitabı post-sosialist ölkələrdə İslamın vəziyyəti haqda ən mötəbər tədqiqatlardan sayılır.


Bakıya tanışlıq məqsədilə gələn təhqiqatçı Qafqaz Müsəlmanları İdarəsi və Bakı İslam Universitetində görüşlər keçirib, müxtəlif dini icmaların durumu ilə tanış olub.


Hacı Şahin Həsənli və Eqdunas Raçyus Azərbaycandakı dini vəziyyəti və tolerantlıq mühitini müzakirə ediblər. Daha sonra qonaq Məşədi Dadaş məscidini ziyarət edərək buradakı şəraitlə tanış olub.

 

hacishahin.az