ABŞ hökuməti “Satanist məbədi” adlı dini icmanı rəsmi şəkildə tanıyıb. Bu, müxtəlif dini təriqətlərin, idealogiyaların normal fəaliyyət göstərdiyi Azərbaycanda da belə bir şeyin mümkünlüyü haqqında fikir formalaşdırıb.
Məsələ ilə bağlı Axar.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, tanınmış ilahiyyatçı Hacı Şahin bildirib ki, satanist cərayanlar Azərbaycan cəmiyyətinə xas deyil.
“Müxtəlif ölkələrdə satanist icmalar qeydə alınıb. Bəzi ölkələrdə isə qeyri-rəsmi fəaliyyət göstərirlər. Ölkəmizdə belə rəsmi icmanın olması haqqında məlumatım yoxdur. Azərbaycan qanunvericiliyində insanları zorakılığa dəvət edən, dini, irqi ayrı-seçkilik salan cərəyanların qeydiyyata alınması qadağan olunub. Şər qüvvələrin ilahiləşdirilməsi bizim mənəvi dəyərlərimizə də ziddir. Düşünürəm ki, Azərbaycanda belə bir cərayanın mövcudluğu mümkün deyil. Bu, cəmiyyət tərəfindən də birmənalı qarşılanmaz. Onların qeydiyyata alınması haqqında məndə heç bir məlumat yoxdur”, - Hacı Şahin bildirib.
hacishahin.az