XƏBƏRLƏR

Hacı Şahin Həsənli ilə "Ramazan söhbətləri" Lider TV-də

05 May 2019 1659

Mayın 6-dan etibarən Lider TV-nin ekranlarında Hacı Şahin Həsənli ilə "Ramazan söhbətləri" yayımlanacaq.

 

Mübarək ramazan ayı boyunca  ilahiyyatçı Hacı Şahin Həsənlinin təqdimatında "Ramazan söhbətləri" verilişi yayımlanacaq. İlahiyyatçı hər gün saat 20:00-da Lider TV-nin efirindən müxtəlif mövzulara toxunacaq, habelə tamaşaçıların suallarını cavablandıracaq.

 

Qeyd edək ki, tamaşaçılar öz suallarını ramazanlidertv@gmail.com elektron ünvanına göndərə bilərlər.

 

hacishahin.az