Mayın 18-i ilahiyyatçı Hacı Şahin Həsənli şəhid ailələri ilə birlikdə iftar süfrəsində iştirak edib.
Şəhid ailələri ilə birlikdə iftar süfrəsinə millət vəkili Adil Əliyev, almaniyalı iş adamı Hasan Babur, ilahiyyatçılar Axund Azər Sani və Hacı Seyidağa Məmmədov, habelə Seyid Taleh Əsədovun rəhbərlik etdiyi “Azərbaycan” ilahilər qrupu da qatılıb.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başalayıb.
Qonaqlar qarşısında çıxış edən ilahiyyatçı Hacı Şahin Həsənli şəhid anaları qarşısında baş əydiyini və onlarla birgə iftar açmaqdan şərəf duyduğunu bildirib. Cəmiyyətimizdə hər kəsin məhz şəhidlərimizə borclu olduğunu vurğulayan ilahiyyatçı, şəhidləri bir şama bənzədib. Şam öz vücudunu əridərək ətrafa nur saçır və hər kəsin yaşayıb-yaratmağına imkan yaradır.
Daha sonra millət vəkili Adil Əliyev, iş adamı Hasan Babur, ilahiyyatçı Axund Azər Sani, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, tanınmış Əhli-Beyt (ə) məddahı Seyid Taleh Əsədov çıxış ediblər. Sonda “Azərbaycan” qrupu ilahilər ifa ediblər.
hacishahin.az