XƏBƏRLƏR

"Məşədi Dadaş"da ilk Qədr gecəsi (FOTO və VİDEO)

25 May 2019 2698

Mayın 24-ü ölkəmizin bütün məscidlərində olduğu kimi paytaxtın Məşədi Dadaş məscidində də ilk Qədr gecəsi məclisi təşkil olunub.

 

Saat 22:00-da başlayan tədbirdə məscidin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli xütbə ilə çıxış etdi. Daha sonra camaatla birlikdə Qədr gecəsinin duaları oxundu. Məclis xalqımızın rifahı, ordumuzun qələbəsi və bayrağımızın yüksəklərdə dalğalanmasına dair dualarla tamamlandı.

 

Qədr gecəsində oxunması tövsiyə olunan Cövşən-Kəbir duası da da saat 01:30-da tanınmış Quran qarisi hacı Ruslan Qasımovun rəhbərliyi ilə camaatla birgə oxunub. Camaatla  sübh namazının qılınması ilə birinci Qədr gecəsi başa çatıb.

 

Tədbir canlı olaraq hacı Şahin Həsənlinin rəsmi Youtube kanalında yayımlanıb.      

 

Qeyd edək ki, Qədr gecəsi olmasına ehtimal olunan gecələr bu il 24, 26 və 28 may tarixlərinə təsadüf edir.

 

 

hacishahin.az

 

 VİDEO


Xütbə və dualar


 

 

Cövşən-Kəbir duası

 

  

FOTO