XƏBƏRLƏR

Məşədi Dadaş məscidində ikinci Qədr gecəsi (FOTO və VİDEO)

27 May 2019 1986

Mayın 26-sı ikinci Qədr gecəsi qeyd olunub. Məşədi Dadaş məscidində bu münasibətlə məclis təşkil olunub.

 

Saat 22:00-da başlayan tədbirdə məscidin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli xütbə ilə çıxış edib. Daha sonra camaatla birlikdə Qədr gecəsinin duaları oxunub. Tanınmış Əhli-Beyt (ə) məddahları Seyid Taleh və Seyid Peyman Əsədovlar Həzrət Əlinin (ə) şəhadəti münasibədi ilə mədhiyyələr oxuyublar. Məclis xalqımızın rifahı, ordumuzun qələbəsi və bayrağımızın yüksəklərdə dalğalanmasına dair dualarla tamamlandı.

 

Qədr gecəsində oxunması tövsiyə olunan Cövşən-Kəbir duası da da saat 01:30-da tanınmış Quran qarisi hacı Ruslan Qasımovun rəhbərliyi ilə camaatla birgə oxunub. Camaatla  sübh namazının qılınması ilə ikinci Qədr gecəsi başa çatıb.

 

Tədbir canlı olaraq hacı Şahin Həsənlinin rəsmi Youtube kanalında yayımlanıb.      

 

Qeyd edək ki, Qədr gecəsi olmasına ehtimal olunan gecələr bu il 24, 26 və 28 may tarixlərinə təsadüf edir.

 

 

hacishahin.az

 

VİDEO

 

Qədr gecəsinin xütbəsi və duaları

 

 

Cövşən-Kəbir duası





FOTO