XƏBƏRLƏR

Məşədi Dadaş məscidində üçüncü Qədr gecəsi (VİDEO və FOTO)

29 May 2019 1564

Mayın 28-i Azərbaycanda sonuncu Qədr gecəsi qeyd olunub. Ölkəmizin bütün məscidlərində olduğu kimi Bakının Məşədi Dadaş məscidində də bu münasibətlə əhya məclisi təşkil olunub.

 

Saat 22:00-da başlayan tədbirdə məscidin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli xütbə ilə çıxış edib. Daha sonra camaatla birlikdə Qədr gecəsinin duaları oxunub. Tanınmış Əhli-Beyt (ə) məddahı Seyid Peyman Əsədov münacat və mədhiyyələr oxuyub. Məclis şəhidlərimizin ruhu, ərazi bütövlüyümüz, xalqımızın rifahı, ordumuzun qələbəsi və bayrağımızın yüksəklərdə dalğalanmasına dair dualarla tamamlandı.

 

Saat 01:30-da tanınmış Quran qarisi hacı Ruslan Qasımovun rəhbərliyi ilə camaatla birgə Cövşən-Kəbir duası oxunub. Camaatla  sübh namazının qılınması ilə sonuncu Qədr gecəsi başa çatıb.

 

Tədbir canlı olaraq hacı Şahin Həsənlinin rəsmi Youtube kanalında və rəsmi Facebook səhifəsində yayımlanıb.      

 

 

hacishahin.az

 

 VİDEO

 

Xütbə və Qədr gecəsinin duaları

 

 

Cövşən-Kəbir duası

 



FOTO