XƏBƏRLƏR

Nəsimi İH tərəfinfən iftar süfrəsi açılıb

01 İyun 2019 930

 

Nəsimi rayonunda İslam dünyasının ən şəfqətli və müqəddəs ayı olan Ramazan ayında iftar süfrələrinin təşkili ənənəvi hal alıb. 

 

Mayın 27-si rayon rəhbərliyi və ictimaiyyətinin iştirakı ilə Niaqara şadlıq sarayında iftar süfrəsi açılıb. Bu haqda rayon İH-nin rəsmi saytı məlumat yayıb.

 

İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb. Məşədi Dadaş məscidinin dini imamı Hacı Şahin Həsənli müqəddəs kitabımız olan Qurani Kərimin bizə nazil olduğu bu ayın fəzilətindən danışıb, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlıq edib.

 

Mərasimdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov mübarək Ramazan ayı münasibəti ilə iftar qonaqları salamlayaraq qeyd etib ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi və mərhəmət ayıdır. Azərbaycanda və eləcə də Nəsimi rayonunda açılan bu iftar süfrələri ölkəmizdəki ənənəvi tolerantlığı nümayiş etdirir. İcra başçısının sözlərinə görə, ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın təməli Ulu öndər Heydər Əliyev tərəfindən  qoyulub və bu siyasət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Asif Əsgərov həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın azərbaycançılıq naminə milli-mənəvi irsimizin qorunması istiqamətində ölkə daxilində və xaricində uğurlu fəaliyyəti haqda danışıb.

 

Qeyd edək ki, iftar süfrəsinə rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlliləri, şəhid ailələri, 20 Yanvar və Çernobıl əlilləri və aztəminatlı ailələr qatılıblar.

 

hacishahin.az