Modern.az "Fitrə zəkatını kimlər çıxarmalıdır və məbləğ nə qədərdir ?" sualı ilə Məşədi Dadaş məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənliyə müraciət edib. İlahiyyatçı bildirib:
“Fitrə zəkatı bayram axşamından yəni iyunun 4-dən, bayram namazınadək yəni iyunun 5-i saat 8-9 aralığınadək ödənməlidir. Zəkat hər ailə üzvünə görə 3 kiloqram arpa, un, kişmiş, buğda, xurma, düyü və digər ərzaq məhsulları olaraq ödənməlidir. Qafqaz Müsəlmanlar İdarəsi tərəfindən bu il orta məbləğ 5-10 manat ortasında müəyyənləşir. İmkanı artıq olan şəxslər ailə üzvlərinin sayına uyğun olaraq bu məbləği daha yüksək də edə bilər”.
İlahiyyatçı bildirir ki, fitrə zəkatının ödənməsi vacibdir, əks halda oruc qəbul olunmaz:
“Zəkatın verilməsi imkanı olan şəxslərə şamil edilir. Yəni günlük ehtiyaclarını qarşılaya bilən şəxslər bu zəkatı verməlidir. Maddi durumu yaxşı olmayan şəxslər bu zəkatdan azaddırlar. Uzunmüddətli borcu olan və onu hissə-hissə ödəmək imkanı olan şəxslər də zəkat verməlidir”.
hacishahin.az