"Ramazan ayında özümüz olmağın, ruhi qüdrətin və ilahi rəhmətə qərq olmağın sevincini yaşadıq. Bir ay səthi istəklərimizlə mübarizə apardıq ki, dərinliyimizə varaq və vücudumuzu bürüyən bir sevinc əldə edək. Lakin, bu sevincin təntənəsi Ramazan bayramındadır".
Bu sözlərlə ilahiyyatçı Hacı Şahin Həsənli sosial şəbəkələrdə bayram təbriki paylaşıb. İlahiyyatçının sözlərinə görə, Ramazan bayramı Allahdan mərhəmət uman hər bir kəsin bayramıdır: "Allahın rəhmət və sevgi bayramıdır. Bu sevgi ilə yaranmış varlıq aləminin bayramıdır".
Sonda hər kəsi ürəkdən təbrik edən, hər kəsə sevinc dolu günlər və bol-bol uğurlar arzu edən Hacı Şahin Həsənli yazıb: "Allah xalqımıza daim izzət, qüdrət və mərhəmət sevinci yaşatsın!"
hacishahin.az