İlahiyyatçı Hacı Şahin Həsənli Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun şəhid edilməsinin ildönümü ilə bağlı yazıb:
"Sevgi və qəhrəmanlıq... İnsan bunların vurğunudur. Bu iki dəyəri birləşdirən nümunələr olmadıqda, insanlar onları özlərindən uydururlar.
Sevgidən doğan qəhrəmanlıq müasir dünyanın hədəfə aldığı, unutdurmağa çalışdığı dəyərdir. Xöşbəxtik ki, belə nümunələrimiz var, özü də əfsanələrimizdə deyil, real tariximizdə.
MÜBARİZ bu baxımdan ümummilli dəyərdir.
Dəyərlərimizi yaşatmaqla onlara sahib çıxaq...
Şəhidlər sərvərinə salamımızı çatdır, ŞƏHİD!
Allah intiqamını almağı nəsib etsin bizə".
Qeyd edək ki, 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur.
hacishahin.az