XƏBƏRLƏR

Hərbi vətənpərvərlik və dini icmalar mövzusunda konfrans

20 İyun 2019 1298

İyunun 20-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib.

 

Konfransda Prezident Administrasiyası, Müdafiə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Polis Akademiyasının təmsilçiləri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Qafqaz Müsəlmanları İdarəsinin rəhbər şəxsləri, eləcə də ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iştirak ediblər.

 

Konfransı giriş sözü ilə DQİDK-nın sədr müavini Səyavuş Heydərov açıb. Daha sonra DQİDK sədrinin müavini Gündüz İsmayılov, QMİ sədr müavini Hacı Fuad Nurullayev, Müdafiə Nazirliyinin şöbə rəisi Rauf Dəmirov, Dövlət Sərhəd Xidmətinin Şəxsi Heyət üzrə Baş İdarəsinin rəisi Bünyad Qaralov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov çıxış ediblər.

 

Tədbirdə iştirak edən ilahiyyatçı Hacı Şahin Həsənli dini icmaların vətənpətvərlik ruhiyyəsinin qorunmasındakı rolu haqda söz açıb. Onun sözlərinə görə, İslam dininin şəhidliyə verdiyə dəyər ölümə deyil, həyatın qorunmasına təşfiqdir. Azərbaycan gənclərinin öz mənəvi dəyərlərindən ilhamlanaraq vətən və millət üçün möhtərəm həyatlarından keçirlər. Allah şəhidlik zirvəsinə dəyərli həyat sürən, uğurlu və ləyaqətli insanları ucaldır.   

 

Qeyd edək ki, tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə həsr olunmuş “Şəhadət” sənədli filmindən fraqmentlər nümayiş etdirilib, daha sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

hacishahin.az