XƏBƏRLƏR

Lider TV-də Hacı Şahin Həsənli ilə "Cümə söhbətləri"

20 İyul 2019 1212

İyul ayının 19-dan etibarən Lider TV-nin efirində "Hacı Şahin Həsənli ilə cümə söhbətləri" verilişi yayımlanmağa başlayıb. Veriliş hər cümə günü, Bakı vaxtı ilə saat 21:00-da yayımlanacaq.

 

Tanınmış tele və radio aparıcısı Kəmalə Mustafayevanın təqdimatında hazırlanan yeni layihə tok-şou formatındadır. Hər həftə auditoriyanın iştirakı ilə ilahiyyatçı Hacı Şahin Həsənli ziyalılarla aktual və maraqlı mövzular ətrafında fikir mübadiləsi aparacaq.

 

hacishahin.az