XƏBƏRLƏR

Uşaq zorakılğından qorunmaq üçün cəmiyyətin mənəvi immunitetə ehtiyacı var

28 İyul 2019 820

“Ümumiyyətlə, bu kimi halların yaranması yad təsirlərin vasitəsilə, ya da sosial şəbəkədə gənclərin müəyyən təsirlərə məruz qalması nəticəsində baş verir”

 

Bunu Moderator.az-a açıqlamasında ilahiyyatçı Hacı Şahin Həsənli azyaşlıların cinsi istismara məruz qalması haqda danışarkən deyib. İlahiyyatçı bildirib ki, bu istiqamətdə sərt qanunlarla yanaşı, mənəvi dəyərlərimizin də təbliğinə böyük ehtiyac var:

 

“Təbii ki, cinsi istismar qəbuledilməzdir və o cümlədən də uşaqlara qarşı zorakılıq halları bir faciədir. Bu kimi hərəkətlərə qarşı da qanunun gücüylə mürabizə aparmaq lazım, ən sərt cəzalar bunu edən şəxslərə tətbiq edilməlidir. Eyi zamanda da mənəvi dəyərlərin cəmiyyətdə təbliğinə önəm verilməlidir və bu istiqamətdə də addımlar atılır. Ümumiyyətlə, bu kimi halların yaranması yad təsirlərin vasitəsilə, ya da sosial şəbəkədə gənclərin müəyyən təsirlərə məruz qalması nəticəsində baş verir. Ona görə də düşünürəm ki, həm sərt qanunlarla yanaşı, mənəvi dəyərlərimizin təbliğinə də ciddi önəm verilməlidir, çünki mənəvi dəyərlər təbliğ olunan yerdə bu kimi hallar da azalır. Ümumiyyətlə, Azərbaycanda bu kimi halların sayı çox deyil, amma təəssüflər olsun ki, dünyanın başqa yerlərində zorakılıq halları var və bəzi ölkələrdə geniş yayılmaqdadır. Ona görə də bu cür hadisələrdən qorunmaq üçün cəmiyyətin mənəvi immunitetə ehtiyacı var və bunu da ancaq ənənəvi, tarixi, mənəvi, dini dəyərlərimiz aşılaya bilər”.

 

moderator.az