XƏBƏRLƏR

Şeyxülislamın 70 illiyi qeyd olundu

22 Avqust 2019 1004

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə "Şeyxülislam Allahşükür Paşazadə 70: Mənəviyyata Həsr Olunmuş Ömür" adlı tədbir keçirilib.

 

Tədbirdə DQİDK sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak edib. Qeyd edək ki, yubiley mərasiminə ilahiyyatçı Hacı Şahin Həsənli də qatıllb.

 

Tədbirdə çıxış edənlər Şeyxülislamın Azərbaycanın mənəvi-dini həyatında xüsusi rolundan, dövlətimizin ən çətin dövrlərində göstərdiyi xidmətlərdən geniş söz açıblar.

 

hacishahin.az