İyulun 24-də qəzaya uğramış Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevlə yaşadığı evdə vida mərasimi başlayıb.
Mərhumla vida mərasimində qohumları, ailə üzvləri və hərbçi dostları iştirak edib. İlahiyyatçı Hacı Şahin Həsənli də mərhumun ailəsinə başsağlığı vermək üçün yas mərasiminə qatılıb.
Qeyd edək ki, avqustun 21-i saat 10:00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçirilib. R.Atakişiyevin cənazəsi II Fəxri Xiyabanda dəfn olunub.
hacishahin.az