Sentyabrın 1-dən məhərrəm ayının daxil olması ilə əlaqədar Məşədi Dadaş məscidində ənənəvi əzadarlıq məclisləri başlayacaq. Qeyd edək ki, 20:30-da başlayan təziyələr Aşura gününə kimi davam edəcək.
Məclislər ilahiyyatçı Hacı Şahin Həsənlinin silsiləvi söhbətləri ilə başlayacaq, daha sonra tanınmış məddah Seyid Peyman Əsədov növhə və mərsiyələrini ifa edəcək.
Xatırladaq ki, bu il Aşura günü sentyabrın 10-na təsadüf edir.
hacishahin.az