Bu gün ölkəmizin bütün məscidlərində olduğu kimi, Məşədi Dadaş məscidində də izdihamlı Aşura mərasimi keçirilib.
Səhər saat 9:00-dan başlayan mərasimdə məscidin imamı, ilahiyyatçı-alim Hacı Şahin Həsənli çıxış edib. Çıxışına klassik şerlərimizlə başlayan xətib bildirib ki, Aşura təziyələrinin Azərbaycan xalqı üçün xüsusi önəmi var. Milli kimliyimizin ayrılmaz hissəsi olan bu mərasim sovet dönəminin qadağalarına rəğmən yaşadı. Bu gün şəhidlər günüdür. Məscidin həyətində şəhidlərimizin şəkilləri və adları əks olunan tablo asılıb. Çünki mövcudluğumuzla şəhidlərimizə borcluyuq. Bu sözlərdən sonra Hacı Şahin Həsənli İmam Hüseynin və Kərbəla şəhidlərinin qəhrəmanlığından söz açıb.
Daha sonra Əhli-Beyt (ə) məddahı Seyid Peyman Boradigahi rövzə və mərsiyələr oxuyub. Günorta namazları camaatla qılındıqdan sonra Aşura ziyarətnaməsi oxunub. Xalqımızın rifahı, bayrağımızın ucalığı, ordumuzun gücü və şəhidlərimizin ruhu üçün dualar edilib. Sonda əzadarlar üçün ehsan süfrəsi açılıb.
hacishahin.az
VİDEO
FOTO