XƏBƏRLƏR

Musavat.com-un Məşədi Dadaş məscidində Aşura haqda reportajı

10 Sentyabr 2019 1070

Sentyabrın 10-da Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur. Aşua günü ilə əlaqədar ölkədəki məscidlərdə İmam Hüseynə (ə) əzadarlığı keçirilir. Minlərlə insan məscidlərə gələrək mərasimlərdə iştirak edib, şəhid İmam Hüseyni (ə) və onun ailəsini, səhabələrini anır, göz yaşı axıdırlar.

 

Musavat.com-un "Məşədi Dadaş" məscidində olan müxbiri, burada da əzadarların sinə vuraraq mərsiyələr oxuduğunu bildirib. Məscidin həyətində insan sıxlığından içəri daxil olmaq mümkün olmayıb. Məscidə gedən yollar və ətraf küçələrdə insan izdihamı müşahidə olunur. Oxunan rozə və mərsiyələrin ardından məscidin axundu Hacı Şahin Həsənli xütbə oxuyaraq, Kərbəla şəhidləri haqqında insanlara məlumat verib. O, İmam Hüseyn (ə) şəhidliyinin bu günə qədər yaşamasının sirrlərindən danışıb. Qeyd edib ki, bu yeganə hadisədir ki, yalnız Allah üçündür, heç bir şəxsi mənfəət yoxdur. Oxunan xütbələr səsgücləndiricilər vasitəsilə ətrafküçələrdə də eşidildiyindən insanlar ayaq saxlayıb dinləyir, Kərbəla şəhidlərini anırlar. Hacı Şahin xütbəsində Azərbaycan şəhidlərini də anaraq, hər birimizin onlara borclu olduğunu vuğuladı.

 

Onu da qeyd edək ki, ölkə üzrə ümümilikdə 32 məscid və ona yaxın ərazilərdə Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası tərəfindən askiya təşkil edilib.

 

Verilən qanlar Qanköçürmə İnstitutu tərəfindən yoxlanaraq talasseminayadan əziyyət çəkənlərə göndəriləcək. Aşura günü ilə bağlı olaraq paytaxtın yollarının bəzilərində gediş-gəliş məhdudlaşdırılıb. Polis isə gücləndirilmiş rejimdə çalışıb.

 

Öncədən xəbərdarlıq edildiyi kimi ,müəyyən edilmiş yerlərdən başqa ərazilərdə mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə qətiyyətlə imkan verilmir.

 

Sayt qeyd edir ki, "Məşədi Dadaş" məscidində Azərbaycan şəhidlərin fotolarından ibarət tablonun önündə tər qərənfillər və şamlar düzülərək onların müqəddəs ruhu yad edilir.

 

 

hacishahin.az