XƏBƏRLƏR

"Bu aksiyalar çox təqdirəlayiq bir addımdır"

09 Sentyabr 2019 670

"Kərbəla insanlıq uğrunda bir fədakarlıqdırsa, çalışmalıyıq ki, qanımızla həyat bəxş edək"

 

“Aşura mərasimlərində ifrat hərəkətlərə yol vermək hadisənin mahiyyətinə kölgə salır...”

 

“Dinizimin hökmlərinə əsasən insanın başını yarması və bədəninə zərər yetirməsi qadağandır”

 

 

Bunu Moderator.az-a açıqlamasında ilahiyyatçı Hacı Şahin Həsənli Aşura mərasimlərinin keçirilməsi haqda danışarkən deyib. İlahiyyatçı belə gündə qanvermə aksiyalarının təşkil edilməsinin təqdirəlayiq bir addım olduğunu bildirib:

 

“Bir daha qeyd edim ki, Aşura mərasimlərində ifrat hərəkətlərə yol vermək qətiyyən düzgün deyil, bu, hadisənin mahiyyətinə kölgə salır. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin fətvasında da deyilir. Dinizimin hökmlərinə əsasən insanın başını yarması və bədəninə zərər yetirməsi qadağandır. Azərbaycanda da ənənəvi mərasimlər keçirilir, öz şairlərimizin əsərlərinə müraciət olunur, qəsidələr oxunur. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə bir neçə ildir ki, Azərbaycanda Aşura günü qanvermə aksiyaları keçirilir. Bu aksiyalar çox təqdirəlayiq bir addımdır. İnsanlara həyat bəxş etməklə Kərbəlanın mahiyyəti tam olaraq uzlaşır. Kərbəla insanlıq uğrunda bir fədakarlıqdırsa, biz də çalışmalıyıq ki, qanımızı Aşura günü ehtiyacı olan insanlara hədiyyə etməklə onlara həyat bəxş edək. Düşünürəm ki, bu nümunəvi bir addımdır. Hətta bir sıra ölkələrdə bu praktika tətbiq edilməyə başlayıb. Bu cür addımlar xeyirxah bir addım olduğu üçün qanvermə aksiyalarının keçirilməsi də təqdirəlayiqdir”.

 

 

hacishahin.az